Növbəti dayanacaq – Hacıqabul

Burada gördüyümüz işlər elə ərazi qədər böyükdür!

Növbəti layihələrimiz Padarçöl ilə bağlıdır. Sahə böyük bir məkanı əhatə etdiyindən, müəssisə 3 sektora bölünmüşdür.

- Muğan və Hacıqabul yaxınlığında, təxminən 5 000 hektarı suvarmaq üçün yetərli olan 76 su çiləyicidən ibarət suvarma sistemi quraşdırdıq.
- Ümumi gücü saatda təxminən 14.400 m³ olan bir çöl nasos stansiyası işlədirik.
- 120000 ton saxlama qabiliyyətli anbardan əlavə, təmizləyici və qurutma sistemlərinə malik silos kompleksi. Ferma əsas ofis, maşınlar üçün talvar və xidmət qarajı ilə təchiz olunub.

İkinci sektor hazırda işlənməkdədir - Muğan ilə Padar arasındakı təxminən 20 000 hektarlıq ərazidə su çiləmə sistemini qurmağı planlaşdırırıq. Son 2 il ərzində torpağın inkişafına kömək etmək üçün ərazini suvarmadan becərmişik. Bizim investisiyaya tam suvarma üçün nasos stansiyaları, boru xətləri və su çiləmə sistemindən ibarət infrastruktur, eləcə də, əlavə silos kompleksi, anbarlar, maşınlar üçün talvar və yol şəbəkəsi daxildir. Üçüncü və sonuncu sektor inkişafın birinci və ikinci tranşları ilə əhatə olunmayan bütün qalan əraziləri əhatə edir.

Əkin sahələrimizdən yığılan məhsulların keyfiyyətini itirmədən saxlamaq üçün burada tutumu 120000 ton olan, Azərbaycanın ən böyük Silo taxıl anbarlarımız var.

Hər biri 200 saat/ton məhsul qəbul edə bilən ikitərəfli konveyer, məhsulları təmizləmək üçün ön ələyə daşıyır və təmizlənmiş məhsullar silolarda saxlanılmaq üçün göndərilir. Qurutma avadanlıqlarında (hər biri 150 ton tutumlu, 4 ədəd) nəm məhsullar keyfiyyət standartlarına uyğun olaraq saxlamaq üçün lazımi nəmlik səviyyəsinə endirilir. Kontroller(PLC) vasitəsi ilə mərkəzləşdirilmiş idarə etmə sistemi qurularaq bütün proseslər tam avtomatlaşdırılmışdır. SCADA nəzarət sistemi,yerinə yetirilən əməliyyatlar zamanı insan xətasını minimuma endirir. Ərazimizdə hər biri 50 000 kq çəki ölçən avtomatlaşdırılmış tərəzi (2 ədəd) və 80 000 kq çəki ölçən elektron tərəzi var.
Sahədən görüntülər