Hazırda həm istehsal, həm də saxlama zamanı ciddi beynəlxalq keyfiyyət standartlarına riayət edərək buğda, arpa, qarğıdalı, yem (quru ot/silos) və şəkər çuğunduru istehsal edirik. Beləliklə dəyərli müştərilərimizi yalnız yüksək keyfiyyət ilə təmin edirik.
Yonca
Abşeron
Azərbaycan seleksiyasıdır.
Bitkinin kolu düzdayanan, gövdəsi zərifdir, hündürlüyü 93-126 sm təşkil edir.
Çiçək qrupunun tacı bənövşəyidir. Paxlası qıvrımlı, qəhvəyi rəngdədir.
Toxumu böyrəkvari, rəngi açıq sarıdır. 1000 ədəd toxumun kütləsi 2,0-2,5-qr-dır.
Hər çalımdan sonra tez inkişaf edir. Yaz vegetasiyasının başlanğıcından birinci çalıma qədər 80 gün, çalımlararası müddət 43 gündür.
Orta tez yetişəndir. Suvarma şəraitində 4-5 dəfə çalınır.
Sort quraqlığa və şaxtaya davamlıdır.
Xəstəliklərlə sirayətlənməsi orta dərəcədədir.
Orta yeyilmə qabiliyyətinə malikdir.
Yaşıl kütlə məhsuldarlığı 60-70 ton/ha, quru ot məhsuldarlığı 14,0-16,0 ton/ha, toxum məhsulu 0,3-0,4 ton/ha təşkil edir.
Tərkibində proteinin miqdarı 20,4% hüdudundadır. Mexanikləşdirilmiş yığım üçün yararlıdır.
Aran
Azərbaycan seleksiyasıdır.
Quraqlığa və şaxtaya davamlıdır.
Güclü kök sisteminə malik olduğundan, azot balansını tənzimləyir.
Xəstəliklərlə sirayətlənmir.
4 çalımdan hər hektardan 65-75 ton yaşıl kütlə, 15-17 ton quru ot və 0,4-0,5 ton toxum məhsulu verir.
Yumşaqlıq dərəcəsi ortadır.
Tərkibində proteinin miqdarı 19,5%-ə çatır.
Vegetasiya müddəti 190-210 gündür.
Yarpaqlanma dərəcəsi 50,8% təşkil edir.
Birinci çalımda bitki örtüyünün hündürlüyü 95-100 sm, sonrakı çalımlarda isə nisbətən aşağı olur. Çalımlardan sonra göyərmə sürətlə gedir.
Corsa
Orta boylu, yarı dik gövdəli nisbətən açıq tacı ьфдшл вщкевгк.
Вaha çox gövdə əmələ gətirir
Xəstəliklərə və zərərvericilərə qarşı tolerantdır.
Sort yüksək qida dəyəri və yüksək protein tərkibinin heyrətamiz yarpaqlılığı ilə çox incə saplarla xarakterizə olunur.
Soyuğa yaxşı müqaviməti və misilsiz quraqlığa davamlılığı ilə fərqlənir.
6-cı qrupa aiddir.
Sürətli böyümə xüsusiyyətinə və çox yüksək məhsuldarlıq potensialına malikdir.