Buğda

Balaton

    • Orta tez yetişəndir
    • Qılçıqsız payızlıq buğda sortudur.
    • Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkəti tərəfindən yaradılmışdır.
    • Azərbaycanda sınaqdan uğurla keçmiş və 2018-ci ildən dövlət qeydiyyatına alınmışdır.
    • İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır.
    • Aqrofitosenozda kollanması və sıxlılığı yüksəkdir, sünbülün məhsuldarlığı ortadır.
    • 1000 dənin kütləsi 40 qram hüdudundadır, yerə yatmaya, dənin tökülməsinə, sarı və qonur pasa qarşı davamlıdır. Erkən əkmək tövsiyə edilir.

Gaudio

    • Orta tez yetişəndir.
    • Alçaqboylu qılçıqlı payızlıq buğda sortudur.
    • Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkətinin seleksiyasıdır.
    • Azərbaycanın Samux, Ceyrançöl və Padarçöl ərazilərinin torpaq-iqlim şəraitində orta tezyetişəndir.
    • Yüksək potensial məhsuldarlığı və quraqlığa davamlılığı ilə xarakterizə olunur.
    • Erkən və sıx əkilməsi tövsiyə olunur.

Qobustan

    • Tezyetişəndir
    • Qılçıqları ağ, kobud və dişlidir
    • Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyasıdır.
    • Orta boylu (90-100 sm), yatmaya davamlı, Sünbülü yetişmə zamanı əyilən, uzun, orta sıxlıqda olmaqla ağ rəngdədir.
    • Dəni orta irilikdə, şırımın xarakteri dayaz, rəngi ağ, yarıyumru, qayəsi tüklüdür.
    • Yüksək texnoloji və çörəkbişirmə keyfiyyətinə malikdir. Sort dənin tökülməsinə, sarı pasa və sürmə xəstəliklərinə davamlıdır.

Qırmızıgül

    • Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmışdır.
    • 2011-ci ildən seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmişdir.
    • Qısa boylu (74-84 sm), gövdəsi möhkəm, yatmaya tamamilə davamlıdır.
    • Yüksək arxitektonikaya malikdir. Sünbülü düz, qısa, qırmızı rəngdədir. Qılçıqları qısa, dağınıq və tüklüdür.
    • Dəni xırda, forması yarım-yumurtavari, rəngi qırmızı, şırımın xarakteri dayaz, qayəsi tüklüdür. Potensial məhsuldarlığı 7,0-8,0 ton/ha-dır.
    • İstehsalının başlıca məqsədi çörək məmulatları istehsalı üçün ərzaqlıq dən alınmasıdır.
    • Dənin tökülməsinə, sarı pasa və sürmə xəstəliklərinə qarşı davamlıdır. Suvarma şəraitində optimal müddətdə (oktyabrın 2-ci və 3-cü ongünlüyü) əkilməsi tövsiyə edilir.

Maurizio

    • Tezyetişəndir
    • Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkəti seleksiyasıdır.
    • Yüksək potensiallı və çörəkbişirmə keyfiyyətinə malik olan sortdur.
    • Sort-yaxşılaşdırıcı qrupa daxildir.
    • Yatmaya və sarı pasa qarşı davamlılığı ilə fərqlənir. Yüksək zülal və qlütenlə uzlaşmış yaxşı iri və dolğun dəndir.

Ləqayətli

    • Yumşaq buğdadır.
    • Sortun originatoru Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutudur.
    • Sort ortaboyludur (98-108 sm), gövdəsi möhkəm, yatmaya davamlıdır, məhsuldar kollanması 3,2-3,6-ya çatır.
    • Orta yetişəndir. Sünbülü orta ölçüdə, ağ rəngdə, qılçıqlıdır.
    • Dəni orta irilikdə və şırımın xarakteri dayaz, rəngi qırmızı olub, yumurtavari olmaqla qayəsi tüklüdür.
    • Sünbüldə sünbülcüklər orta sıxlıqda yerləşmiş, sünbüldə dənlərin sayı 52-54-ə çatır.
    • 2022-2023-cü illərdə Ceyrançöl ərazisində noyabr ayının əvvələrində əkilmiş sahələrdən məhsuldarlığı 5.43 ton təşkil etmişdir.