Arpa

Payızlıq arpanın “Finola” sortu

    • Erkən sünbülləmə və yetişməsi ilə fərqlənir.
    • Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkətinin yeni çoxcərgəli payızlıq arpa sortudur.
    • Yerli sortlardan (Qarabağ 22, Cəlilabad 19 və digərləri) 3-4 gün gec yetişməsinə baxmayaraq, nəmlik çatışmazlığı şəraitində belə məhsul vermək xüsusiyyətinə malikdir.
    • Yerə yatması 7 bal hüdudundadır.
    • Dəninin iriliyi, dolğunluğu natura çəkisinin yüksək olması sortun səciyyəvi xüsusiyyətlərindəndir.
    • Azərbaycanın quraq ərazilərində yetişdirilən digər sortlardan üstünlüyünü qoruyub saxlayır.

Payızlıq arpanın “Arcanda” (Arkanda) sortu

    • Avstriyanın “Probstdorfer Saatzucht” toxum şirkətinin seleksiyasıdır.
    • İkicərgəli payızlıq arpa sortudur.
    • Yerə yatmaya və gövdənin kövrəkliyinə qarşı yaxşı duruş gətirir.
    • Dəninin iriliyi və naturası ilə fərqlənir.
    • Əsas xəstəliklərə qarşı davamlıdır, müxtəlif hava və istehsalat şəraitinə yaxşı adaptasiya olunur.
    • Becərmə arealı genişdir.