· Heyvanların düzgün bəslənməsi və yemlənməsi prosesinə nəzarət etmək.
· Yem paylayan maşının iş qrafikinə, yemlərin düzgün paylanması və düzgün hazırlanmasına nəzarət etmək.
· Ot anbarı və silos quyularına gündəlik nəzarət etmək, qəbul olunan ot və silosun keyfiyyətinə nəzarət etmək.
· Təyin olunmuş heyvanların qruplaşmasını həyata keçirmək.
· Gündəlik yem rasionunu qrupda olan heyvanlara uyğun olaraq hazırlamaq, yemin keyfiyyətinə və strukturuna
nəzarət etmək.
· Yem və sürü məlumatlarını toplamaq və hesabat şəklində rəhbərliyə təqdim etmək.
· Gündəlik olaraq işçi heyyətinin vəzifə təlimatlarına uyğun hərəkət qrafikini nəzarətdə saxlamaq.
· Heyvan satışına nəzarət etmək.
· Baytarlıq şöbəsi ilə əlaqəli şəkildə işləmək, onlardan alınan hesabatlar əsasında işi təşkil etmək və həmin
işləri rəhbərliyə hesabat şəklində təqdim etmək.
· Sürünün sağlam , düzgün idarə olunmasını təşkil etmək.
· Tövlədaxili avadanlıqların və qurğuların sazlığına müntəzəm əmin olmaq və texniki qulluğunu təşkil
edilməsini nəzarətdə saxlamaq.
· Daimi olaraq zootexniki hesabatlar hazırlamaq və yeniliklər barədə rəhbərliyə təqdimatların verilməsi.
· Tabeçiliyində olan işçi heyətinin davamiyyətinin nəzarətə saxlanmaq.
· Yemləmə proqramı (digitale-generale) əsasında gündəlik yemləməni təşkil etmək, proqramdan alınan
hesabatlar əsasında yemləmədə və qruplaşmada dəyişikliklər etmək.
- 1-3 il iş təcrübəsi
- Ali təhsil (Zootexnik və heyvandarlıq sahəsi üzrə)
- Kompyuter bilikləri (MS excel, Word, 1C )
- Məsuliyyətlilik və diqqətlilik
- Komanda ilə işləmə bacarığı