Satış üzrə Şöbə müdiri

  • Sales and Customer Services
  • Full-time
  • Deadline for Applications: 25 July

"AgroTrade Supply MMC" olaraq kənd təsərrüfatı sektorunda davamlı inkişafımızı təmin edəcək, satış strategiyalarına rəhbərlik edərək komandamızı yeni hədəflərə daşıyacaq təcrübəli Satış üzrə Şöbə Müdiri axtarırıq.


Bu vəzifənin əsas missiyası şirkətin kommersiya hədəflərinə (KPI) çatmasını təmin etmək, bazar trendlərini dərindən təhlil edərək satış proseslərini optimallaşdırmaq və komanda üzvlərinin inkişafına birbaşa liderlik etməkdir. Əgər siz aqrar sektorda satış idarəetməsi üzrə dərin təcrübəyə, strateji baxış bucağına və güclü komanda formalaşdırmaq bacarığına sahibsinizsə, peşəkar karyeranızı bizimlə zirvəyə daşıyın!

Əsas Vəzifə Öhdəlikləri:


Strategiya və Planlaşdırma:

  • Şirkətin qısamüddətli və uzunmüddətli satış strategiyalarının (xüsusilə kənd təsərrüfatı məhsulları və xidmətləri üzrə) hazırlanması və icrasına ümumi rəhbərliyin həyata keçirilməsi.
  • Bazar araşdırmaları, rəqib analizi və müştəri tələbatları əsasında satış fəaliyyətinin davamlı olaraq tənzimlənməsi.
  • Satış proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması məqsədilə yenilikçi təkliflərin hazırlanaraq tətbiq edilməsi.


Komanda İdarəetməsi və Liderlik:

  • Satış şöbəsinin fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş məqsəd və göstəricilərə (KPI) tam uyğunluğunun təmin edilməsi.
  • Satış komandasına effektiv liderlik edilməsi, əməkdaşların gündəlik fəaliyyətinin monitorinqi, motivasiyası və peşəkar inkişafının dəstəklənməsi.


Müştəri Əlaqələri və Hesabatlılıq:

  • Key account (əsas) müştərilərlə strateji kommersiya əlaqələrinin qurulması, inkişaf etdirilməsi və etibarlı tərəfdaşlığın qorunub saxlanılması.
  • Mövcud və potensial bazar tendensiyalarının mütəmadi analizi və rəhbərliyə əsaslandırılmış dövri hesabatların (CRM və Excel üzərindən) təqdim olunması.


Namizədə dair Tələblər:


Təhsil və Təcrübə:

  • Təhsil: Satış, Biznesin idarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə Ali təhsil.
  • Təcrübə: Kənd təsərrüfatı və ya əlaqədar (Aqro) sahələrdə minimum 5 il satışın idarəedilməsi (rəhbər vəzifədə) təcrübəsi.
  • Bütöv bir satış şöbəsini və ya komandasını uğurla idarə etməyə dair sübut olunmuş (track-record) nailiyyətlər.


Bilik və Peşəkar Səriştələr:

  • Strateji planlaşdırma, hədəflərin (KPI) formalaşdırılması və problem həll etmə bacarıqları.
  • Müştəri əlaqələrinin (CRM) və bazar analizinin dərindən idarə edilməsi bilikləri.
  • Analitik təfəkkür və güclü liderlik (komanda işini təşkil etmə) keyfiyyətləri.
  • İşgüzar danışıqların aparılması, effektiv kommunikasiya və yüksək təqdimat bacarıqları.


Texniki və Dil Bilikləri:

  • Kompüter bilikləri: MS Office (xüsusilə yüksək səviyyədə Excel tətbiqi), müxtəlif CRM sistemləri və ERP proqramları ilə sərbəst işləmə bacarığı.
  • Dillər: Azərbaycan dilini səlis bilmək; İngilis və/və ya Rus dilini işgüzar mühitdə istifadə edə biləcək səviyyədə (yaxşı) bilmək.


Apply Now

Tərəzi üzrə operator (Balakən)

  • Other
  • Full-time
  • Deadline for Applications: 20 July

Vəzifə və Öhdəliklər :

· Çəkilməsi tələb olunan malların sırası, müxtəlifliyi və çeşidi haqqında məlumatlar əldə etmək

· Tərəzinin ağırlıq dərəcəsinə görə balansının yoxlanması və düzgünlüyünün tənzimlənməsinin yoxlamaq

· Tərəzi ilə çəkilərin həyata keçirilməsi tədbirləri

· Nəqliyyat konteynerlərinin növləri və onların yükgötürmə hədləri

· Malların növlərinə görə çəkilərini və malların digər xüsusiyyətlərini malları müşayiət edən sənədləri və korrupsiya aktlarını yükün əksik olması barədə uyğun yükü müşayiət edən sənədləri hazırlayır və öz imzası ilə təsdiq edir

· Tərəzidə çəkilən yüklərə nəzarət edir və tərəzidə çəkilən yükün sənədləşməsində birbaşa iştirak edir

· Müəssisə daxili qaydalar və onlara riayət olunması

  • Ali təhsil
  • Etibarlılıq
  • Məsuliyyətlilik və hesabatvermə
Apply Now

Satış üzrə mütəxəssis

  • Sales and Customer Services
  • Full-time
  • Deadline for Applications: 19 July

"Azər Yem Sənaye MMC" olaraq, bazardakı mövqeyimizi daha da gücləndirəcək, müştəri portfelimizi genişləndirəcək və kommersiya hədəflərimizin reallaşdırılmasına birbaşa təsir edəcək dinamik və nəticəyönümlü Satış üzrə Mütəxəssis axtarırıq.


Seçiləcək əməkdaş birbaşa olaraq Füzuli, İmişli, Beyləqan və Saatlı regionlarında daimi əsasda fəaliyyət göstərəcək və qeyd olunan 4 rayon üzrə satış əməliyyatlarını tam olaraq yerində idarə edəcəkdir.


Bu vəzifədə siz təhkim olunmuş regionlar üzrə yeni biznes imkanlarının kəşf edilməsinə, uzunmüddətli müştəri əlaqələrinin qurulmasına, yerli bazarın analizinə və şirkətin məhsul/xidmətlərinin dəyərinin müştərilərə düzgün çatdırılmasına cavabdeh olacaqsınız. Əgər inandırma qabiliyyətinizə güvənir, danışıqlar aparmaqdan zövq alır və davamlı artıma can atırsınızsa, sizi komandamızda görməkdən şad olarıq!

Əsas Vəzifə Öhdəlikləri:


Satış və Biznesin İnkişafı:

  • Müəssisənin məhsul və xidmətlərinin təsdiq olunmuş strategiyaya uyğun satışının təşkili və icrası.
  • Satış həcminin artırılması məqsədilə bazarın davamlı araşdırılması, potensial müştərilərin müəyyən edilərək əməkdaşlığa cəlb olunması.
  • Bazarın trendləri və rəqib fəaliyyətləri barədə araşdırmaların aparılması, nəticələr əsasında rəhbərliyə yeni inkişaf təkliflərinin verilməsi.


Müştəri Əlaqələri və Danışıqlar:

  • Mövcud və yeni müştərilərlə peşəkar kommersiya danışıqlarının aparılması, bu zaman şirkətin kommersiya maraqlarının tam qorunması.
  • Müştəri tələbatlarının dərindən öyrənilməsi, sifarişlərin razılaşdırılması və daxil olan sorğuların operativ şəkildə cavablandırılması.


Planlaşdırma, Analitika və Hesabatlılıq:

  • Satış üzrə rüblük və illik planların (hədəflərin) hazırlanmasında iştirak və onların icrasının təmin edilməsi.
  • Satış nəticələrinin statistik təhlilinin aparılması, effektivliyin ölçülməsi.
  • Həftəlik, aylıq və illik fəaliyyət hesabatlarının dəqiq şəkildə hazırlanaraq rəhbərliyə təqdim olunması.


Namizədə dair Tələblər:


Təhsil və Təcrübə:

  • Təhsil: Orta və ya Ali təhsil (Biznes, İqtisadiyyat, Marketinq və s. sahələr üzrə olması üstünlükdür).
  • Təcrübə: Satış sahəsində (B2B və ya B2C) uğurlu və təsdiqlənə bilən iş təcrübəsi.


Səriştələr və Dil Bilikləri:

  • Dillər: Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; Rus və ya İngilis dillərini bilmək üstünlükdür.
  • Kompüter bilikləri: MS Office proqramlarında (xüsusilə Excel və Word) baza və orta səviyyədə işləmə bacarığı (hesabatlar üçün).
  • Peşəkar Bacarıqlar: Yüksək ünsiyyət və təqdimat qabiliyyəti, güclü analitik düşünmə və problem həll etmə bacarığı.
  • Şəxsi Keyfiyyətlər: Müştəriyönümlü yanaşma, hədəflərə çatmaqda israrlılıq (nəticəyönümlülük) və komandada effektiv işləmək istəyi.
  • Sürücülük bacarığı: Regionlararası aktiv hərəkət üçün B kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir (Şəxsi avtomobil tələb olunmur).
Apply Now

Mexanik

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 22 July

Zavodun avadanlıqlarının texniki baxımını və təmirini həyata keçirir, nasazlıqları aşkar edir və düzəldir, avadanlıqların quraşdırılmasını və konfiqurasiyasını təmin edir, istehsalat proseslərini dəstəkləyir və təhlükəsizlik qaydalarına riayət edir. 

 


  • Mexaniki bilik və qabiliyyətinə sahib olmaq, idarəetmədən anlayışı olmaq, problem həll etmə qabiliyyətinə sahib olmaq 
  • Yeni maşın və avadanlıqları quraşdırmaq, lazımi konfiqurasiyaları və tənzimləmələri həyata keçirmək 
  • Bütün fəaliyyətində yüksək etik standardları, məxfiliyi və şəffaflığı qoruyub, saxlanılması 
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edilməsi 
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir. 
  •  Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəylərin verilməsi, onların tətbiqinə kömək edilməsi 
  • Alətlərdən istifadə qaydalarını mükəmməl bilməlidir 
  • Avadanlıqlarda istismar zamanı ortaya çıxan nasazlıqların vaxtında müəyyənləşdirmək 
  • İşlətdiyi avadanlıqların iş prinsiplərini mükəmməl bilməlidir 
  • Təhsil səviyyəsi: Orta mexanik
Apply Now

Fəhlə (İstehsalat - ATS Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 22 July

Paketləmə fəhləsi hazır unu standartlara uyğun olaraq qablaşdırır, torbaları bağlayır, etiketləyir və anbara yığılmasına kömək edir.


  • Qablaşdırma materiallarını hazırlamaq və avadanlığa yerləşdirmək.
  • Unu müəyyən olunmuş çəki ilə paketləmək.
  • Torbaları bağlamaq və etiketləmək.
  • Hazır məhsulu paletlərə yığmaq.
  • İş yerinin təmizliyinə və təhlükəsizlik qaydalarına riayət etmək.
  • Nasazlıq və ya çatışmazlıq olduqda ustaya məlumat vermək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmək.
  • Fiziki sağlamlıq və məsuliyyətlilik.
  • Dəqiqlik və çeviklik.
  • Növbəli iş rejimində işləmək bacarığı.
Apply Now

Təchizat üzrə mütəxəssis

  • Finance, Business and Administration
  • Full-time
  • Deadline for Applications: 11 July

"ATS Soy Processing MMC" olaraq təchizat zəncirinin effektiv və kəsintisiz idarə olunmasına töhfə verəcək, peşəkar və nəticəyönümlü Təchizat üzrə Mütəxəssis axtarırıq.


Bu vəzifədə siz satınalma proseslərinin vaxtında və daxili prosedurlara uyğun icrasına, təchizatçılarla etibarlı əlaqələrin qurulmasına və satınalma qrupunun gündəlik əməliyyat fəaliyyətinin yüksək standartlar əsasında həyata keçirilməsinə cavabdeh olacaqsınız.


Əgər analitik düşüncə tərzinə malik, detallara diqqətli, kommunikasiya bacarıqları güclü və peşəkar inkişafını davamlı olaraq prioritet hesab edən mütəxəssissinizsə, sizi güclü komandamızın bir hissəsi olmağa dəvət edirik. Biz sizə peşəkar inkişaf imkanları, dinamik iş mühiti və dəyər yaradan layihələrdə iştirak etmək fürsəti təqdim edirik.

Əsas Vəzifə Öhdəlikləri:


Sifarişlərin İdarəedilməsi və Təhlil:


  • Daxili strukturlardan gələn mal və xidmətlər üzrə satınalma sorğularının (PR - Purchase Requisition) qəbulu, yoxlanılması və icraya hazırlanması.
  • Bazarın araşdırılması və potensial təchizatçılardan optimal qiymət təkliflərinin (RFQ - Request for Quotation) toplanması.
  • Qiymət, keyfiyyət və çatdırılma şərtlərini təhlil edərək ilkin müqayisə cədvəllərinin hazırlanması.


Əməliyyatların İcrası və İzlənilməsi:


  • Satınalma sifarişlərinin (PO - Purchase Order) hazırlanmasına dəstək göstərilməsi və prosesin sonadək izlənməsi.
  • Çatdırılma prosesinə operativ nəzarət, sifarişlərin vaxtında təhvil alınmasının təmini və mümkün gecikmələrlə bağlı qrup rəhbərinin vaxtında məlumatlandırılması.
  • Kateqoriyalar üzrə təchizatçı məlumat bazasının (Vendor List) mütəmadi olaraq yenilənməsi və idarə edilməsi.


Koordinasiya və Sənədləşmə:


  • Təchizatçılarla davamlı və peşəkar kommunikasiyanın (yazışma və telefon danışıqları) aparılması.
  • Satınalma prosesində daxili qaydalara və komplayens prosedurlarına tam uyğunluğun təmin edilməsi.
  • Mühasibatlıq və anbar şöbələri ilə sıx koordinasiya; təhvil-təslim və ödəniş sənədlərinin vaxtında mühasibatlığa təqdim olunması.
  • Müqavilə sənədlərinin, aktların və satınalma fayllarının nizamlı şəkildə arxivləşdirilməsi.


Namizədə dair Tələblər:


Təhsil və Səriştələr:


  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin İdarəedilməsi və ya əlaqədar sahələr üzrə olması üstünlükdür).
  • Təcrübə: Satınalma (təchizat) və ya logistika sahəsində minimum 1-2 il müvafiq iş təcrübəsi.
  • Şəxsi Keyfiyyətlər: Analitik düşünmə, detallara qarşı xüsusi diqqət, komandada işləmək bacarığı və yenilikləri öyrənməyə açıq olmaq.
  • Kommunikasiya: Güclü şifahi və yazılı ünsiyyət, işgüzar yazışma qabiliyyəti.


Texniki və Dil Bilikləri:


  • Kompüter Bilikləri: MS Office (xüsusilə Excel və Outlook) proqramlarında sərbəst işləmə bacarığı.
  • ERP Sistemləri: 1C və ya digər ERP proqram təminatları ilə işləmə bacarığı əlavə üstünlükdür.
  • Dillər:
  • Azərbaycan dili – Səlis;
  • Rus və/və ya İngilis dili – İşgüzar səviyyədə bilmək arzuolunandır (Üstünlükdür).


Əlavə Tələblər:


  • Sürücülük vəsiqəsinin olması (və aktiv sürücülük bacarığı) üstünlük hesab olunur.
Apply Now

Mühasib

  • Finance, Business and Administration
  • Full-time
  • Deadline for Applications: 30 June

ATS Soy Processing MMC olaraq maliyyə proseslərinin effektiv idarə olunmasına töhfə verəcək, peşəkar və nəticəyönümlü Mühasib axtarırıq. Bu vəzifədə siz maliyyə uçotunun dəqiq və şəffaf aparılmasına, maliyyə əməliyyatlarının düzgün idarə edilməsinə və hesabatlılıq proseslərinin yüksək standartlar əsasında həyata keçirilməsinə cavabdeh olacaqsınız. Əgər analitik düşüncə tərzinə malik, detallara diqqətli, məsuliyyətli və peşəkar inkişafını davamlı olaraq prioritet hesab edən mütəxəssissinizsə, sizi güclü komandamızın bir hissəsi olmağa dəvət edirik. Biz sizə peşəkar inkişaf imkanları, dinamik iş mühiti və dəyər yaradan layihələrdə iştirak etmək fürsəti təqdim edirik.

Əsas Vəzifə Öhdəlikləri:


  • Pul vəsaitlərinin idarə edilməsi: Mədaxil və məxaric əməliyyatlarının ERP proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların sistemlə uyğunluğunun yoxlanılması və sənədlərin arxivləşdirilməsi.
  • Elektron sənəd dövriyyəsi (Alış): Tədarükçülərdən daxil olan elektron qaimələrin ilkin sənədlərlə üzləşdirilərək düzgünlüyünün yoxlanılması, təsdiq edilməsi və ERP proqramında mühasibatlıq uçotuna işlənməsi.
  • Təhvil-təslim aktları: Görülmüş işlər və göstərilmiş xidmətlər üzrə təhvil-təslim aktlarının qəbulu, yoxlanılması və elektron bazada saxlanılması.
  • Satış uçotu (Satış): Müəssisənin satış əməliyyatları zamanı ilkin sənədlərin düzgünlüyünün yoxlanılması və uçotunun aparılması.
  • Dövlət portalları ilə iş: Tələb olunan elektron qaimələrin (e-taxes.gov.az) dəqiq tərtib olunması, göndərilməsi və sənədlərin elektron qeydiyyatının aparılması.
  • Müxabirləşmələr: Mühasibat uçotu standartlarına və qaydalarına uyğun olaraq düzgün müxabirləşmələrin verilməsi.



Namizədə dair Tələblər:


Təhsil və Təcrübə:


  • Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil.
  • Təcrübə: Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi.


Texniki Biliklər:


  • ERP proqramları: 1C 8.3 ERP proqramında sərbəst işləmək bacarığı mütləqdir.
  • Dövlət Portalları: e-taxes.gov.az portalı ilə praktiki işləmə təcrübəsi.
  • Ofis proqramları: Microsoft Office proqramları


Apply Now

Nəzarətçi (Cəlilabad)

  • Services
  • Full-time
  • Deadline for Applications: 30 July

Cəlilabad dəyirmanı ərazisində təhlükəsizlik və nəzarəti təmin edir, giriş və çıxışları idarə edir, təhlükəsizlik avadanlıqlarını izləyir, təhlükəsizlik məsələlərini həll edir və hesabatlar təqdim edir.


  • Zavod ərazisini izləmək, təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, qeyri-qanuni fəaliyyətləri və riskləri aşkar etmək
  • Növbəni təhvil verən nəzarətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. 
  • Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət
  • Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması
  • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi 
  • Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması
  • Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmək.
  • Təhsil səviyyəsi: Orta
  • Hərbi xidmətini başa vurmuş olmalı
  • İş təcrübəsi: 1-3 il
  • Dil bilikləri: Azərbaycan dili (əla)  
  • Ezamiyyət tələbləri: Bəli
  • Fiziki tələblər: Sağlam.
Apply Now

Əmtəə ticarəti (Trading) üzrə baş mütəxəssis (Ağdaş)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 03 July

"Agrotrade Supply MMC" olaraq biz, təchizat zəncirinin davamlılığına və innovativ inkişafına önəm verən, sənayenin qabaqcıl şirkətlərindən biriyik. Hazırda Ağdaş rayonu üzrə fəaliyyət göstərən komandamızın strateji gücünü artıracaq, yüksək ixtisaslı Əmtəə ticarəti (Trading) üzrə Baş Mütəxəssis axtarırıq.


Bu rolun sahibi qlobal və yerli bazar konyunkturunu dərindən təhlil edərək, mürəkkəb satınalma layihələrini və ticari əməliyyatları başdan sona idarə etmək, eyni zamanda səmərəli təchizat həlləri ilə şirkətə birbaşa əlavə dəyər qatmaq məsuliyyətini daşıyacaqdır. Əgər siz dinamik biznes mühitində strateji qərarlar verməyə və peşəkar karyeranızı sənaye lideri ilə davam etdirməyə hazırsınızsa, bu fürsət sizin üçündür!

Vəzifə Öhdəlikləri:


Strateji Satınalma və Ticari Əməliyyatlar:


  • Şirkətin qlobal məqsədlərinə və büdcəsinə uyğun olaraq əmtəə üzrə innovativ satınalma və ticarət strategiyalarının hazırlanması.
  • Ticari əməliyyatların idarə edilməsi: Bazar konyunkturuna uyğun olaraq alış-satış əməliyyatlarının planlaşdırılması və icrası.
  • Bazar trendlərinin və təchizatçı performansının analizi vasitəsilə qiymət risklərinin sığortalanması (hedging) və optimal dəyərin təmin edilməsi.


Proseslərin İdarəedilməsi:


  • Satınalma dövrünün tam idarə olunması: Potensial satıcıların araşdırılması, RFQ/RFP/ITT-lərin hazırlanması və qiymətləndirmə.
  • Təchizatçılarla mürəkkəb danışıqların aparılması, müqavilə şərtlərin razılaşdırılması və mövcud müqavilələrin mütəmadi auditi.


3. Əməliyyat Səmərəliliyi və Risklərin İdarə Olunması:


  • Xərclərin optimallaşdırılması və şirkət daxilində "qənaət mədəniyyəti"nin təşviqi.
  • Daxili prosedurlara, komplayens qaydalarına və qanunvericilik tələblərinə tam riayət olunması.
  • Satınalma və ticarət nəticələrinə dair rəhbərliyə detallı analitik hesabatların təqdim edilməsi.


4. Komanda və Tərəfdaşlıq (Stakeholder Management):


  • Maliyyə, logistika və əməliyyat komandaları ilə sıx çarpaz-funksional (cross-functional) əməkdaşlıq.
  • Əsas təchizatçılar və tərəfdaşlarla şəffaf, uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması.
  • Komanda üzvlərinə mentorluq və peşəkar dəstək göstərilməsi.


 Namizədə dair Tələblər:


Təhsil və Təcrübə:


  • Biznesin İdarəedilməsi, Təchizat Zənciri və ya Logistika üzrə Bakalavr dərəcəsi.
  • Satınalma, təchizat və ya əmtəə ticarəti sahəsində minimum 2–3 il iş təcrübəsi.
  • Mürəkkəb satınalma layihələrinin idarə olunması üzrə sübut olunmuş təcrübə.
  • CIPS, PMP kimi peşəkar sertifikatlara sahib olmaq böyük üstünlükdür.


Texniki Biliklər və Dillər:


  • ERP sistemləri: SAP və ya 1C ilə praktik iş təcrübəsi.
  • MS Office: Xüsusilə Excel-də (VLOOKUP, Pivot, analitik formulalar) yüksək bacarıqlar.


  Dillər:


  • Azərbaycan dili: Ana dili (Mütləq);
  • Rus dili: Minimum B2 səviyyəsi (Mütləq);
  • İngilis dili: Minimum Pre-intermediate səviyyəsi (Arzuolunandır / Üstünlükdür).


Səriştələr:


  • Yüksək tempdə və stresli mühitdə bir neçə prioriteti eyni vaxtda idarə etmək bacarığı.
  • Güclü danışıqlar aparma (negotiation) və analitik problem həll etmə qabiliyyəti.
  • Ezamiyyət: Ölkədaxili və beynəlxalq biznes səfərlərinə hazırlıq.
Apply Now

Yükləmə fəhləsi (Anbar-ATS Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Deadline for Applications: 31 July

Məhsulun (un, kəpək) və materialların yüklənməsi və boşaldılmasını təmin edir, anbar daxilində stokları təşkil edir, təhlükəsizlik və sanitariya qaydalarına riayət edir, avadanlıqların baxımını həyata keçirir, sənədləşmə işlərini aparır, işlərin koordinasiyasını təmin edir və təhlükəsizlik tədbirlərini yerinə yetirir.


-         Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənib boşaldılması, daşınması və anbar daxili emalı.

-         Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması.

-         Satışa gedən malların (un, kəpək) yük maşınlarına yüklənməsi.

-         Un, kəpək kisələrinin lazımi lazımi qaydada yığılması.

-         Malların saxlanması üçün lazımi şəraitin mövcudluğuna diqqət yetirmək.

-         Məhsul və materialların ehtiyatını izləmək, anbarın stok vəziyyətini idarə etmək.

-     Təhlükəsiz avadanlıqları (forklift, kran və s.) istifadə edərək yükləmə və boşaltma proseslərini həyata keçirmək.

-         Məhsul və materialların anbar daxilində düzgün və təhlükəsiz şəkildə yerləşdirilməsini təmin etmək.

-         Yükün yerinə yetirilməsi, saxlanması və təşkilini təmin etmək.

-         Yükləmə və boşaltma zamanı yaranan təhlükəsizlik risklərini aşkar etmək və müvafiq tədbirlər görmək.

-         Təhlükəsizlik avadanlıqlarını (kaska, əlcəklər və s.) istifadə etmək və təhlükəsizlik qaydalarına riayət etmək.



- Yaş həddi: 20-45

- Təhsil: Orta, peşə ixtisas təhsilli

- İş təcrübəsi: 1 ilədək

- İş rejimi: Növbəli

- Nahar şirkət hesabına

- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)

Apply Now