Kənd təsərrüfatı maşın və mexanizmlərinin əsas iş prinsiplərini bilmək.
Traktorlar, kombaynlar, yük maşınları və digər təsərrüfat avadanlıqlarına texniki xidmətin göstərilməsində və təmir ilə bağlı köməklik göstərmək.
Nəqliyyat vasitələrinin və avadanlıqların uzunömürlülüyünü və səmərəli işləməsini təmin etmək üçün istehsalçının tövsiyələrinə uyğun olaraq profilaktik texniki xidmət proqramlarının həyata keçirilməsini dəstəkləmək.
Həm təyin olunmuş qarajda, həm də sahədə verilən tapşırıqların vaxtında yerinə yetirilməsini təmin edərək, müvafiq rəhbərin göstərişinə əsasən gündəlik və həftəlik iş yüklərini yerinə yetirmək.
Maşın və mexanizmlərin əsas elektrik hissələri haqqında məlumaltı olmaq.
Hər hansı mexaniki nasazlığı öncədən görmək və yaxud sonradan təhlil etmək bacarığı.
Baş mexanik və qaraj supervayzeri tərəfindən verilmiş tapşırıqların təhlükəsizlik tələblərinə əməl edilməklə vaxtında və düzgün icra edilməsi.
Komputer biliklərindən istifadə etməklə maşın hissə kataloqlarından istifadə bacarığı.
Müasir kənd təsərrüfatı texnikalarında Çilingər və mexanik kimi iş təcrübəsi.
Mühərrik,ötürmələr qutusu,hidravlik sistemləri haqqında anlayışın olması.
Sürücülük vəsiqəsi (B /C).
Kənd təsərrüfatı / inşaat texnikaları və ya ağır texnikaların istismarı minimum 2 il
Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək;
Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək;
Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək;
Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək;
Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək;
Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək.
Aqronomluq, aqrar mühəndislik və ya əlaqəli ixtisas üzrə ali təhsil
Kənd təsərrüfatı sahəsində 2+ il iş təcrübəsi arzuolunandır
Bitkilərin becərilməsi, inkişaf mərhələləri və məhsuldarlığın artırılması üzrə biliklər
Torpağın analizi, gübrələmə və bitki qidalanması üzrə praktiki bilik
Bitki xəstəlikləri və zərərvericilərin müəyyənləşdirilməsi və mübarizə üsullarını bilməsi
Pestisid, herbisid, fungisid və digər aqrokimyəvi vasitələrin düzgün tətbiqi barədə məlumat
Suvarma və əkin sahələrinin idarə olunması üzrə təcrübə
Əkin, səpin, gübrələmə və məhsul yığım proseslərinə nəzarət edə bilmək
Sahədə işləməyə və mütəmadi monitorinq aparmağa uyğun olmaq
MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı
Hesabat hazırlamaq və sahə məlumatlarını düzgün qeydiyyata almaq bacarığı
Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə
Komandada işləmək və sahə işçiləri ilə düzgün kommunikasiya qurmaq bacarığı
Azərbaycan dili biliyi; rus və ya ingilis dili bilməsi üstünlükdür