Baş mühasib (Balakən)

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 27 Oktyabr

"AzərYem Sənaye MMC"-nin Balakən müəssisəsində maliyyə intizamını və mühasibat uçotunu idarə edəcək təcrübəli Baş Mühasib axtarırıq. Bu vəzifə 1C ERP sistemi üzərindən əməliyyatların dəqiqliklə icrasına, AR Vergi və Əmək qanunvericiliyinə tam uyğunluğun saxlanılmasına və şirkət rəhbərliyinə strateji maliyyə hesabatlarının təqdim olunmasına cavabdehdir.

Əsas Öhdəliklər


  • Şirkətdə həyata keçirilən bütün əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericilik tələblərinə uyğun təşkil olunmasına nəzarət etmək;
  • Mühasibatlıq sisteminin əməliyyat inzibatçılığı funksiyalarını həyata keçirmək, normativ-məlumat informasiyasını aparmaq;
  • Şirkətin gəlir və xərcləri, debitor və kreditor borclarının tərkibi barədə məlumatların və maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə mütəmadi məlumat və hesabatlar təqdim etmək;
  • Kassa və bank əməliyyatları uçotunun müəyyən olunmuş qaydalara əsasən təşkili və icrasına nəzarət etmək;
  • Həyata keçirilən əməliyyatların hüquqi və maliyyə düzgünlüyünü, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə tam nəzarəti təmin etmək;
  • Ayın bağlanması ilə əlaqədar 1C ERP sistemində əməliyyatları yoxlamaq, düzgünlüyünü təmin etmək və dövrü bağlamaq;
  • Zərurət olduğu hallarda vəzifənin icrası ilə bağlı hazırkı təlimatda əks olunmayan tapşırıqları həyata keçirmək, rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti işləri vaxtında və dəqiq icra etmək.


Namizədə dair Tələblər


  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarə edilməsi üzrə ali təhsil (Bakalavr dərəcəsi mütləqdir, Magistr dərəcəsinin olması üstünlükdür);
  • Təcrübə: Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
  • Peşəkar biliklər: Maliyyə hesabatlarının hazırlanması üzrə dərin biliklərə sahib olmaq;
  • Texniki biliklər: MS Excel proqramında yüksək səviyyədə işləmək, maliyyə/mühasibatlıq proqramları və ERP sistemləri (xüsusilə 1C) ilə iş təcrübəsi;
  • Şəxsi keyfiyyətlər: Yüksək analitik düşüncə, diqqətcillik, qiymətləndirmə bacarığı, əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq qabiliyyəti.


Müraciət et

Paketləmə fəhləsi (Ağdaş)

  • Other
  • Full-time
  • Son müraciət tarixi: 23 Oktyabr

·      İstehsal olunmuş məhsulların müəyyən edilmiş standart və tələblərə uyğun şəkildə paketlənməsini təmin etmək.

·      Məhsulların qablaşdırılması üçün istifadə olunan kisə, paket, etiket və digər materialların düzgün və səmərəli istifadəsini təmin etmək.

·      Qablaşdırma materiallarının istehsal prosesinə vaxtında və düzgün şəkildə hazırlanmasını təmin etmək.

·      Məhsulların çəkisinin, qablaşdırılmasının və markalanmasının müəyyən edilmiş tələblərə uyğunluğuna diqqət yetirmək.

·      Qablaşdırılmış məhsulların düzgün şəkildə bağlanmasını, yığılmasını və müəyyən edilmiş əraziyə yerləşdirilməsini təmin etmək.

·      Fiziki cəhətdən sağlam və işə davamlı olmaq;

·      İstehsalat sahəsində işləməyə uyğunluq;

·      Məsuliyyətli, intizamlı və diqqətli olmaq;

·      Komandada işləmək bacarığı;

·      Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;

·      Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür.

Müraciət et

Nəzarətçi (Cəlilabad)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 30 Noyabr

Cəlilabad dəyirmanı ərazisində təhlükəsizlik və nəzarəti təmin edir, giriş və çıxışları idarə edir, təhlükəsizlik avadanlıqlarını izləyir, təhlükəsizlik məsələlərini həll edir və hesabatlar təqdim edir.


  • Zavod ərazisini izləmək, təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək, qeyri-qanuni fəaliyyətləri və riskləri aşkar etmək
  • Növbəni təhvil verən nəzarətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. 
  • Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət
  • Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması
  • Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi 
  • Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması
  • Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmək.
  • Təhsil səviyyəsi: Orta
  • Hərbi xidmətini başa vurmuş olmalı
  • İş təcrübəsi: 1-3 il
  • Dil bilikləri: Azərbaycan dili (əla)  
  • Ezamiyyət tələbləri: Bəli
  • Fiziki tələblər: Sağlam.
Müraciət et

Çilingər (İstehsalat - Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Oktyabr

İstehsalat avadanlıqlarının texniki baxış, təmir və sazlanması işlərini həyata keçirmək, avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək.


  • İstehsalat avadanlıqlarının texniki baxışını, təmirini və sazlanmasını həyata keçirmək;
  • Avadanlıqlarda yaranan mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
  • Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yığılmasını həyata keçirmək;
  • Avadanlıqların planlı və profilaktik texniki baxışlarında iştirak etmək;
  • Təmir və texniki xidmət zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etmək;
  • Aşkar edilmiş nasazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək;
  • İstehsalat avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasına dəstək olmaq;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək.


İmtiyazlar

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.


  • Çilingər, mexanik və ya müvafiq texniki sahə üzrə peşə və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • İstehsalat avadanlıqları ilə işləmək bacarığı;
  • Əl alətləri və ölçü cihazlarından istifadə bacarığı;
  • Mexaniki hissələrin təmiri və dəyişdirilməsi üzrə praktiki bacarıq;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Komandada işləmək bacarığı;
  • Fiziki cəhətdən sağlam olmaq.


Müraciət et

Xadimə (Mill)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 31 Oktyabr

Müəssisənin inzibati binalarında, otaqlarda, dəhlizlərdə, pilləkənlərdə, sanitar qovşaqlarda və ümumi istifadə sahələrində, həmçinin müəssisə ərazisində yerləşən digər sahələrdə təmizlik və səliqənin təmin edilməsi.


  • İnzibati binalar, otaqlar, dəhlizlər və ümumi istifadə sahələrinin gündəlik təmizliyini təmin etmək;
  • İnzibati sahə və otaqlarda təmizlik işlərini həyata keçirmək;
  • Döşəmə, pəncərə, qapı, mebel və digər səthləri təmizləmək;
  • Sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyini qorumaq;
  • Zibil və məişət tullantılarını toplamaq və zibil qablarını vaxtında boşaltmaq;
  • Təmizlik vasitələri və inventardan düzgün istifadə etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək;
  • Rəhbərliyin təmizlik və səliqə ilə bağlı tapşırıqlarını yerinə yetirmək.


İmtiyazlar

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.
  • Fiziki cəhətdən sağlam və fiziki işə uyğun olmaq;
  • Təmizlik sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Səliqəli, məsuliyyətli və intizamlı olmaq;
  • Təmizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək;
  • Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
  • Komandada işləmək bacarığına malik olmaq.


Müraciət et

Baytar həkim

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 14 Oktyabr

"ATS Feed MMC" olaraq müştərilərimiz olan heyvandarlıq təsərrüfatlarına peşəkar dəstək göstərəcək, heyvanların sağlamlığına və qidalanmasına nəzarət edəcək Heyvandarlıq üzrə Baytar Həkim axtarışındayıq. Bu vəzifə ofisdən çox dinamik sahə işini (tez-tez bölgələrə səfərləri) sevən mütəxəssislər üçün nəzərdə tutulub. Namizəd təsərrüfat sahibləri ilə mütəmadi əlaqədə olaraq şirkətimizin məhsullarının effektivliyini izləyəcək, heyvan xəstəliklərinin diaqnostikasından tutmuş yem rasionunun düzgün tərtibinə qədər geniş spektrli praktiki və metodiki rəhbərlik həyata keçirəcək.

Vəzifə Öhdəlikləri:


Monitorinq və Diaqnostika:

  • Təsərrüfatlarda heyvanların sağlamlıq vəziyyətini qiymətləndirmək və mütəmadi monitorinqlər aparmaq.
  • Heyvanlarda xəstəliklərin ilkin əlamətlərini müəyyən etmək, xəstəlik və tələfat hallarının səbəblərinin araşdırılmasında iştirak etmək.
  • Təsərrüfatlarda yaranan baytarlıq problemlərinin operativ şəkildə qiymətləndirilməsi və həlli üçün lazımi tədbirlər görmək.
  • Zəruri hallarda laborator müayinələr üçün nümunələrin götürülməsini və müvafiq araşdırmaların aparılmasını təşkil etmək.


Müalicə, Profilaktika və Yemləməyə Nəzarət:

  • Heyvandarlıq təsərrüfatlarına baytarlıq məsələləri üzrə metodiki və praktiki dəstək göstərmək.
  • Profilaktik tədbirlərin, vaksinasiya və müalicə proseslərinin düzgün aparılmasına dair tövsiyələr vermək.
  • Heyvanların yemlənməsi, rasionu və yem keyfiyyəti ilə bağlı baytarlıq baxımından rəy və tövsiyələr hazırlamaq.
  • İstifadə olunan yemlərin heyvanların sağlamlığına və məhsuldarlığına təsirini müşahidə etmək, nəticələri şirkətə təqdim etmək, şirkət məhsullarının effektiv istifadəsinə dəstək göstərmək.
  • Heyvanların saxlanma şəraiti, gigiyena və bio-təhlükəsizlik qaydalarına riayət olunmasına dair təlimatlandırma aparmaq.


Hesabatlılıq və Ünsiyyət:

  • Təsərrüfat sahibləri və məsul şəxslərlə mütəmadi əlaqə saxlamaq, baytarlıq məsələləri üzrə məsləhətləşmələr aparmaq.
  • Təsərrüfatlarda aşkar edilmiş problemlər və görülmüş tədbirlər barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq.
  • Rəhbərliyin tapşırığına uyğun olaraq digər baytarlıq və heyvandarlıqla bağlı işləri yerinə yetirmək.


Namizədə dair Tələblər:

  • Təhsil: Baytarlıq və ya oxşar ixtisas üzrə ali təhsil.
  • Təcrübə: Heyvandarlıq sahəsində, xüsusilə iribuynuzlu mal-qara ilə iş üzrə 3-5 il praktiki təcrübə.
  • Peşəkar Biliklər:
  • Heyvan xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi üzrə dərin biliklər.
  • Heyvanların yemlənməsi və rasionlarının qiymətləndirilməsi barədə məlumatlılıq.
  • Baytarlıq preparatları, vaksinlərlə işləmə bacarığı, sanitar-gigiyenik və bio-təhlükəsizlik tələbləri üzrə biliklər.
  • Texniki və Digər Tələblər: "B" kateqoriyalı sürücülük vəsiqəsi (aktiv sürücülük təcrübəsi) və MS Office proqramlarından istifadə bacarığı.
  • Şəxsi Keyfiyyətlər: Təsərrüfatlara səfər etməyə (ezamiyyətlərə) və sahədə işləməyə hazır olmaq, operativ qərarvermə, problem həll etmə, güclü ünsiyyət və komandada işləmək bacarığı.


Müraciət et

Fəhlə (Təsərrüfat - Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 30 Oktyabr
  • Zavod ərazisində təmizlik, tullantıların yığılması və daşınması işlərinin həyata keçirilməsi;
  • Təsərrüfat mallarının və xammalın düzgün saxlanması və daşınması;
  • Zavodda texniki və istehsalat sahələrinin gündəlik baxım və nizam-intizamının təmin edilməsi;
  • İşçilərin və istehsalat prosesinin təhlükəsizliyinə əməl olunmasına nəzarət;
  • Müəssisənin digər təsərrüfat işləri üzrə tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmək.


İmtiyazlar


🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;

🏥 Könüllü tibbi sığorta;

🍽️ Nahar ilə təminat;

📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.


  • Fiziki cəhətdən sağlam və əmək qabiliyyətli olmaq
  • Təsərrüfat işlərini yerinə yetirə bilmək
  • Təhlükəsizlik qaydalarına əməl etmək
  • Tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Müraciət et

Fəhlə un tip 4 (Ağdaş)

  • Other
  • Full-time
  • Son müraciət tarixi: 08 Oktyabr

İstehsalat prosesində verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Xammal, material və hazır məhsulların daşınması, yüklənməsi, boşaldılması və yerləşdirilməsi işlərini həyata keçirmək.

İstehsalat sahəsində təmizlik və səliqənin təmin edilməsində iştirak etmək.

İstehsalat avadanlıqlarının və iş alətlərinin düzgün istifadəsinə riayət etmək.

Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

Aşkar edilmiş nasazlıq, təhlükəli vəziyyət və digər problemlər barədə dərhal rəhbərliyə məlumat vermək.

İş zamanı fərdi mühafizə vasitələrindən istifadə etmək.

Rəhbərliyin və birbaşa rəhbərin vəzifə ilə bağlı verdiyi digər tapşırıqları yerinə yetirmək.

Orta təhsil;

Fiziki cəhətdən sağlam və iş qabiliyyətli olmaq;

İstehsalat sahəsində işləməyə uyğun olmaq;

Məsuliyyətli, intizamlı və diqqətli olmaq;

Komandada işləmək bacarığı;

Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;

Rəhbərliyin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək.

Müraciət et

Fəhlə (Anbar -Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Oktyabr

Əsas məqsədi taxıl, buğda və digər xammalların qəbul edilməsi, daşınması, saxlanılması, yüklənməsi və boşaldılması proseslərinin təhlükəsiz, fasiləsiz və müəyyən edilmiş istehsalat qaydalarına uyğun icrasını təmin etməkdir.  


  • Taxıl, buğda və digər xammalların nəqliyyat vasitələrindən boşaldılması və anbarlara qəbulunda iştirak etmək;  
  • Xammalın silo, anbar və istehsalat sahələri arasında daşınmasını təmin etmək;  
  • Elevator, konveyer və digər istehsalat avadanlıqlarının təmizlənməsi, yığılması və sökülməsi işlərində iştirak etmək;  
  • Hazır məhsulların (un, kəpək və s.) yüklənməsi, boşaldılması və yerləşdirilməsi proseslərini həyata keçirmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;  
  • Müəssisənin daxili intizam qaydalarına əməl etmək.


İmtiyazlar

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.



  • İstehsalat və anbar avadanlıqları ilə işləmək bacarığı;  
  • Fiziki tam sağlam 
  • Diqqətlilik və məsuliyyətlilik;  
  • Komanda ilə işləmək bacarığı;  
  • Sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına riayət etmək bacarığı. 
Müraciət et

Sürücü (Yük maşını) - Mill

  • Logistics and Transportation
  • Full-time
  • Son müraciət tarixi: 31 Oktyabr

Un istehsalı müəssisəsində məhsulların təhlükəsiz və vaxtında təyinat nöqtələrinə çatdırılmasını təmin etmək.


  • Şirkətə məxsus yük avtomobilini təhlükəsiz və yol hərəkəti qaydalarına uyğun idarə etmək;
  • Yüklərin təhvil-təslimini müəyyən olunmuş marşrut üzrə vaxtında həyata keçirmək;
  • Avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək və səliqəli saxlanılmasını təmin etmək;
  • Daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsini və təhvil verilməsini təmin etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək.


İmtiyazlar

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.



  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Yük avtomobili idarəetmə üzrə iş təcrübəsi;
  • Yol hərəkəti qaydalarını yaxşı bilmək;
  • Orta təhsil (arzuolunandır);
  • Fiziki sağlam olmaq;
  • Məsuliyyətli, intizamlı və punktual olmaq;
  • Komandada işləmək bacarığı.


Müraciət et

İstehsalat işçisi (Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Oktyabr

Un istehsalı prosesinə gündəlik nəzarətin həyata keçirilməsi.

  • İstehsalat prosesində gündəlik işlərin yerinə yetirilməsində iştirak etmək;
  • İstehsalat sahəsində məhsul və materialların hərəkətinə nəzarət etmək;
  • İstehsal olunan məhsulların müəyyən edilmiş tələblərə uyğunluğunu vizual olaraq yoxlamaq;
  • İş prosesində qaydalara, texniki və təhlükəsizlik tələblərinə riayət etmək;
  • İstehsalat avadanlıqlarından və iş alətlərindən düzgün istifadə etmək;
  • Aşkar edilmiş uyğunsuzluqlar və problemlər barədə rəhbərə məlumat vermək;
  • İstehsalat sahəsində səliqə və nizam-intizamı qorumaq;
  • Rəhbərin verdiyi istehsalatla bağlı digər tapşırıqları yerinə yetirmək.


İmtiyazlar


🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;

🏥 Könüllü tibbi sığorta;

🍽️ Nahar ilə təminat;

📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.

  • Orta təhsil;
  • İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
  • Fiziki işə uyğunluq;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmək bacarığı;
  • Təhlükəsizlik qaydalarına riayət etmək.
Müraciət et

Satınalma üzrə aparıcı mütəxəssis

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 04 Oktyabr

"AzərYem Sənaye MMC" olaraq təchizat zəncirinin davamlılığını təmin etmək, xərclərin effektivliyini və məhsul keyfiyyətini qorumaq məqsədilə satınalma proseslərini strateji olaraq idarə edəcək Satınalma üzrə aparıcı mütəxəssis axtarışındayıq. Bu vəzifə təchizatçıların qiymətləndirilməsi, müqavilələrin idarə edilməsi, xərclərin təhlili və istehsalat planlamasına uyğun olaraq ehtiyacların qarşılanması kimi mühüm prosesləri əhatə edir.


İş yeri Xırdalan şəhərində yerləşsə də, müəssisənin fəaliyyəti ilə əlaqədar Balakən rayonuna mütəmadi iş səfərləri (ezamiyyətlər) nəzərdə tutulur.

Əsas Vəzifə Öhdəlikləri:


  • Təchizatçıların Araşdırılması və Qiymətləndirilməsi: Potensial təchizatçıları müəyyənləşdirmək, onların şirkətin keyfiyyət, qiymət və etibarlılıq standartlarına cavab verməsini təmin etmək.
  • Danışıqların Aparılması: Şirkət üçün ən sərfəli şərtləri əldə etmək məqsədilə satınalma müqavilələri və razılaşmalar üzrə effektiv danışıqlar aparmaq.
  • Satınalma Əməliyyatları: Zəruri mal və xidmətlər üçün sifarişlərin (purchase orders) hazırlanması, qiymət sorğularının həyata keçirilməsi və əməliyyatların icrası.
  • Müqavilələrin İdarəedilməsi: Xarici və yerli təchizatçılarla bağlanmış müqavilələri idarə etmək, icra performansını izləmək və razılaşmaların şirkət siyasətinə/qanunvericiliyə uyğunluğunu təmin etmək.
  • Xərclərin Təhlili: Təchizat ehtiyaclarını analiz etmək və keyfiyyətdən ödün vermədən xərclərin azaldılması (optimallaşdırılması) imkanlarını araşdırmaq.
  • Təchizatçılarla Münasibətlərin İdarəedilməsi: Təchizat zəncirinin kəsintisiz davam etməsi və yaranan problemlərin operativ həlli üçün təchizatçılarla sağlam əməkdaşlıq əlaqələrini qorumaq.
  • Uyğunluq (Compliance) və İnzibatçılıq: Bütün satınalma fəaliyyətlərinin şirkətin daxili siyasətinə, hüquqi tələblərə və korporativ etik standartlara tam uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək.
  • Planlaşdırma: Müəssisənin xammal və materiallarla davamlı, sərfəli şəkildə təmin olunması üçün istehsalat planlamasına əsaslanaraq satınalmaların vaxtında və dəqiq planlaşdırılmasını icra etmək.


Namizədə dair Tələblər:


  • Təhsil: Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqədar sahələr üzrə Bakalavr dərəcəsi.
  • Təcrübə: Satınalma, təchizat və təchizatçıların idarə edilməsi sahəsində müvafiq iş təcrübəsi tələb olunur.
  • Peşəkar Bacarıqlar: Güclü danışıqlar aparmaq, kommunikasiya, analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı.
  • Texniki Biliklər: MS Office proqramlarında və müvafiq satınalma (ERP) proqram təminatlarında sərbəst işləmək bacarığı.
Müraciət et

Risk üzrə mütəxəssis (Sosial məzuniyyət yerinə)

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 04 Oktyabr

"AgroTrade Supply MMC" təşkilat daxilində əməliyyat, maliyyə, strateji, reputasiya və uyğunluq risklərinin vaxtında müəyyən edilməsi, təhlili və idarə olunması üçün analitik təfəkkürə malik Risk üzrə mütəxəssis axtarışındadır. Sosial məzuniyyətdə olan əməkdaşı əvəzləmək məqsədilə 1 il müddətinə nəzərdə tutulan bu vəzifə, xüsusilə kənd təsərrüfatı sektorunun spesifik risklərini təhlil etmək, hərtərəfli Risk Reyestrini formalaşdırmaq və rəhbərliyə strateji hesabatlılığı təmin etmək kimi məsuliyyətli tapşırıqları əhatə edir.

Əsas Vəzifə Öhdəlikləri:


  • Risklərin Müəyyənləşdirilməsi və Təhlili: Şirkətin bütün fəaliyyət sahələrində (əməliyyat, maliyyə, strateji, reputasiya və uyğunluq) potensial risklərin davamlı olaraq aşkar edilməsi, təhlili və qiymətləndirilməsi prosesində iştirak etmək.
  • Qiymətləndirmə Metodologiyaları: Risklərin baş vermə ehtimalını və təsirini qiymətləndirmək üçün müxtəlif metodologiyalardan (SWOT analizi, Excel panelləri/dashboards, ssenari planlaşdırılması, əsas risk göstəriciləri - KRI) effektiv istifadə etmək.
  • Risk Reyestrinin İdarə Olunması: Risklərin ağırlıq dərəcəsinə və ehtimalına əsasən prioritetləşdirilməsini aparmaq, geniş və hərtərəfli Risk Reyestrini (Risk Register) hazırlamaq və mütəmadi güncəlləmək.
  • Xarici və Sektor Risklərinin Təhlili: İqtisadi və geostrateji riskləri, təbii fəlakətləri, normativ-hüquqi tələblərə uyğunluğu və xüsusilə kənd təsərrüfatı (aqrar) sahəsinə xas olan risk amillərini təhlil etmək və nəzərə almaq.
  • Təlim və Çərçivə Sisteminin İnkişafı: Risklərin idarə olunması sisteminin (Risk Management Framework) effektivliyini təmin etmək üçün onu mütəmadi gözləndən keçirmək, yeniləmək və əməkdaşlar üçün risklərin idarə olunması mövzusunda təlimlər təşkil etmək.
  • Hesabatlılıq: Rəhbərlik üçün mütəmadi və əhatəli risk hesabatlarını hazırlamaq.


Namizədə dair Tələblər:


  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə Bakalavr dərəcəsi.
  • Təcrübə: Kənd təsərrüfatı (aqrar) sektorunda risklərin idarə olunması üzrə minimum 2 il iş təcrübəsi.
  • Peşəkar və Texniki Biliklər:
  • Risklərin qiymətləndirilməsi metodologiyaları (KRI, ssenari analizi və s.) üzrə biliklər.
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Məlumatların analizi, hesabatlılıq və data əsaslı qərarvermə qabiliyyəti.
  • Dil Bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – üstünlükdür.
Müraciət et

Nəzarətçi (Xırdalan)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 02 Oktyabr

Nəzarətçi zavod ərazisində təhlükəsizliyin təmin olunması, giriş-çıxış nəzarəti, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir. Növbə zamanı obyektdəki bağlayıcı qurğuların, yanğın inventarlarının, siqnalizasiya və rabitə vasitələrinin işlək vəziyyətdə olmasını yoxlayır. Giriş və çıxış zamanı şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sənədlər əsasında yoxlanılmasını və qeydiyyatını aparır.


Vəzifə öhdəlikləri


  • Nəzarət-buraxılış sistemini peşəkar şəkildə idarə etmək
  • Ərazisini nəzarətdə saxlamaq
  • Təhkim olunduğu ərazidə təhlükəsizlik və daxili intizam qaydalarının təmin olunmasına nəzarət etmək
  • Qonaqların, işçi heyətin və nəqliyyat vasitələrinin giriş-çıxışını qeydiyyata almaq və müvafiq jurnallarda qeydlər aparmaq
  • Təhlükəsizlik kameraları vasitəsilə müşahidə aparmaq və şübhəli hallara operativ müdaxilə etmək
  • Fövqəladə hallarda rəhbərliyi dərhal məlumatlandırmaq və ilkin tədbirləri görmək
  • Daxili təlimatlara və etik qaydalara uyğun şəkildə xidmət göstərmək


İş şəraiti


  • İş rejimi: Növbəli ( 2 gün iş 2 gün istirahət)
  • Nahar şirkət hesabına
  • Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
  • İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)



  • Fiziki cəhətdən sağlam və gümrah
  • Həqiqi hərbi xidmət keçmiş
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Ən azı orta təhsil (peşə, kollec təhsili üstünlükdür)
  • Səlist nitq və ünsiyyət bacarığı
  • Təhlükəsizlik sahəsində etik davranış və yüksək intizamlı yanaşma
  • Müvafiq təhlükəsizlik texnikası və protokolları üzrə məlumatlılıq


Müraciət et

Fəhlə (Cəlilabad)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Oktyabr

Buğda emalı istehsalat prosesində xammalın və hazır məhsulun qəbul edilməsi, daşınması, yerləşdirilməsi, emal xəttinə verilməsi və istehsalatın fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsinə kömək etmək.


·    Xammalın (buğda və digər materialların) istehsalata qəbulunda iştirak etmək

·    Materialların daşınması, boşaldılması və yerləşdirilməsini həyata keçirmək

·    İstehsalat xəttinə xammalın verilməsində köməklik göstərmək

·    Hazır məhsulun qablaşdırılması, yığılması və anbara daşınmasına dəstək vermək

·    İstehsalat sahəsində təmizlik və səliqəni təmin etmək

·    İstehsalat avadanlıqlarının təhlükəsiz istismarına riayət etmək

·    Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək.



·      Orta təhsil (arzuolunandır)

·      Fiziki sağlamlıq və istehsalat şəraitində işləmə qabiliyyəti

·      Oxşar sahədə iş təcrübəsi üstünlükdür


Müraciət et

Növbə rəisi

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 30 Sentyabr

Mühafizə növbələrinin idarəsini həyata keçirir, təhlükəsizlik prosedurlarına riayət olunmasını təmin edir, təhlükəsizlik avadanlıqlarını izləyir, təcili vəziyyətlərdə müdaxilə edir və müntəzəm hesabatlar hazırlayır.


- Növbə müddətində mühafizə işlərinin düzgün və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək, mühafizəçi heyətini idarə etmək və yönəltmək

- Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmaq və fasilələrə yol verməmək;

- Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etmək;

- Faktiki olaraq gətirilən və ya çıxarılan yükün miqdarının müşayiətedici sənəddə göstərilmiş yükün miqdarı və adları ilə uyğunluğunu yoxlamaq;

- Mühafizə olunan obyektlərdə texniki vasitələrdən mühafizə olunan obyektlərin mülkiyyətçilərinin və ya hüquqi şəxsin müvafiq vəzifəli şəxslərinin yazılı razılığına əsasən istifadə etmək;

- Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər vermək;

- Mühafizə olunan obyektlərdə buraxılış və obyektdaxili rejimləri təmin etmək:

- Mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə, obyektdaxili rejimə riayət olunmasını tələb etmək.


Təhsil səviyyəsi: Orta təhsil (Ali təhsil arzu ediləndir)

İş təcrübəsi: 5-7 il

Dil bilikləri: Azərbaycan dili (əla)

Ezamiyyət tələbləri: Bəli

Fiziki tələblər: Sağlam

Keçmiş hərbçilərə əsasən üstünlük verilir.(zabit,gizir)

Müraciət et

Fəhlə (İstehsalat - Mill)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 02 Oktyabr

İstehsalat prosesində buğda emalı nəticəsində əldə olunan un və digər məhsulların müəyyən olunmuş standartlara uyğun şəkildə qablaşdırılması, çəkilməsi, markalanması və anbara təhvil verilməsini təmin etmək. 


  • Hazır məhsulun (un və digər emal məhsullarının) qablaşdırılmasını həyata keçirmək  
  • Qablaşdırılmış məhsulların markalanması və etiketlənməsində iştirak etmək  
  • Paketlənmiş məhsulların anbara və ya yükləmə sahəsinə daşınmasına kömək etmək  
  • Qablaşdırma avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə riayət etmək  
  • Keyfiyyətə nəzarət qaydalarına əməl etmək  
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək  
  • Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək 


İmtiyazlar

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.


  • Dəqiqlik və diqqətlilik  
  • Fiziki tam sağlam
  • Komanda ilə işləmə bacarığı  
  • İstehsalat qaydalarına riayət etmə bacarığı
Müraciət et