SƏTƏMM üzrə mütəxəssis

  • Other
  • Full-time
  • Son müraciət tarixi: 01 İyul
  • İşçilərin sağlamlığı, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə daxili qaydaların tətbiqinə nəzarət etmək
  • SƏTƏM üzrə qanunvericilik aktlarına və beynəlxalq standartlara uyğunluğun təmin olunması
  • Təhlükə analizlərinin və risk qiymətləndirmələrinin aparılması
  • SƏTƏM təlimlərinin təşkili və keçirilməsi
  • İstehsalatda baş verən hadisələrin təhlili və hesabatların hazırlanması
  • Müvafiq dövlət qurumları ilə əməkdaşlıq və hesabatların təqdim edilməsi
  • Ali texniki və ya mühəndislik təhsili (SƏTƏM sahəsində əlavə təlimlər üstünlükdür)
  • SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və SƏTƏM normativ aktları barədə biliklər
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Analitik düşüncə və məsuliyyətli yanaşma
Müraciət et

İstehsalat Operatoru

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 30 İyun

- İstehsalata başlamadan öncə qurğu və avadanlıqlara ümumu baxış keçirir, çatışmamazlıqlar haqqında rəhbərliyə məlumat verir, növbəni təhvil-təslim alır;

- Avadanlıqlara texniki qulluq edir, ehtiyac olan hissələri yağlayır, avadanlıq və qurğuların (DT,borular, elevator, seperator və s) təmizliyini edir;

- İdarəetmə panellərindən istifadə etməklə soya paxlasının emal prosesini həyata keçirir, laboratoriya göstəricilərinə əsasən istehsalı tənzimləyir;

- İstehsal prosesi vaxtı avadanlıq və qurğulara baxış keçirir, yaranmış nasazlıqları aradan qaldırır, kiçik təmir işlərini həyata keçirir;

- Xammalın (soya paxlasının) davamlı olması üçün bunkerə nəzarət edir.

- Tullantıların və zibillərin istehsalat binasında onlar üçün ayrılmış yerlərə nəql etdirilməsi;


- Cinsi: Kişi

- Yaş həddi: 20-35

- Təhsil: Orta, Orta ixtisas, peşə təhsili

- İş təcrübəsi: 1-3 il

Müraciət et

Tərəzi operatoru (Balakən)

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 23 İyun

-       Yüklərin xarici görünüşünə və qablaşdırılmasının düzgünlüyünə baxış.

-       Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.

-       Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi, çəkilmiş yüklərin uçotunun aparılması.

-       Tərəzilərin düzgün çəkilməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.

-       Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını, çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını.

-       Tərəzinin boşalmış hissələrin bərkidilməsi.

-       Aşkar olunmuş nasazlıqlar barədə rəhbərliyə məlumatın verilməsi. əməl edilməsi.



İş haqqında:

- İş rejimi: 5 günlük

- İş saatı: Dəyişkən İş qrafikinə əsasən

- Gecə növbəsi var

- Nahar şirkət hesabına

- Əmək haqqı: 500-550 azn

- İş yeri: Balakən şəhəri

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] ünvanına mövzu (tema )hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Tərəzi operatoru (Balakən)” qeyd etməklə və ya +994102562230 nömrəsinin whatsapp-na özünüz haqqda məlumatları (ad soyad, müraciət etdiyiniz vakansiyanın adı, yaş, yaşayış yeri, iş təcrübəsi) göndərməyiniz xahiş olunur.

Namizədə tələblər:

- Cinsi: Kişi

- Yaş həddi: 20-35

- Təhsil: Orta, Orta ixtisas, peşə təhsili

- İş təcrübəsi: 1 il

- Gecə növbəsində işləmək

Müraciət et

Fəhlə (Ağdaş)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 İyul

· Paketlənəcək malların sırası müxtəlifliyi haqqında məlumat əldə etmək

· Malların çeşidinə uyğun olaraq, yem kisələrinin paketləməyə hazırlamaq

· Paketlənəcək malların düzgün kisələnməsinə riayət etmək

· Kisə tərəzisindən çəkilən yem kisələrini fərdi qaydada digər tərəzidə yoxlamaq

· Tikiş aparatından çıxan kisələrin düzgün tikilməsinə diqqət etmək

· Tikiş aparatının saz vəziyyətdə saxlanmasını təmin etmək

· Paketləmə prosesi bitdikdən sonra paketləmə tərəzisinin boşaldılması və ərazinin təmizliyinə riayət etmək

· Sifarişə uyğun olaraq paketlənən kisələrin çeşidi və düzgün sayı barədə birbaşa rəhbərinə məlumat vermək

· Müəssisə daxili qaydalar və onlara riayət olunması

· Ümumi qaydalar və əməyin mühafizəsi, texniki təhlükəsizlik, heyvandarlıqda gigiyena və yanğından mühafizə qaydalarının tələblərə uyğun əməl olunması

· İlk tibbi yardım göstərilməsi üsulları, işçilərin marifləndirilməsi, dərman və tibbi ləvazimatlardan düzgün istifadə qaydaları

· Təhsil səviyyəsi: Orta

· Dil bilikləri: Azərbaycan dili (əla)

· Ezamiyyət tələbləri:

· Fiziki tələblər: Yoxdur

Müraciət et

Mühasib

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 31 May

Biz ATS Soy Processing MMC komandamıza məsuliyyətli Mühasib axtarırıq. Əsas vəzifəniz maliyyə uçotunun düzgün aparılması və maliyyə əməliyyatlarının idarə edilməsidir. Əgər siz dəqiq, dürüst, məsuliyyətli, analitik düşüncəyə malik və detallara diqqət yetirən biriysinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!

Namizədə tələblər:

  • Təhsil: Ali (Maliyyə, Mühasibatlıq)
  • Təcrübə: Min 1 il
  • Bəy namizəd
  • 1C 8.3 ERP, Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək.
  • e-taxes.gov.az işləməyi bacarmaq
  • Dürüstlük, dəqiqlik və məsuliyyətlilik


Vəzifə öhdəliyi:

·       Pul vəsaitlərinin mədaxil və məxaricinin proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların proqram təminatı ilə uyğunluğunun yoxlanması və sənədlərin saxlanılması;

·       Tədarükçülər tərəfindən göndərilən elektron qaimələrin ilkin sənədlərlə düzgünlüyü yoxlanılması, təsdiqə göndərilməsi, malların ERP proqramında işlənməsinin yoxlanılması və mühasibatlıq tərəfdən işlənməsi.

·       Görülmüş iş və göstərilmiş xidmətlərin təhvil-təslim aktlarının tələb edilməsi və elektron saxlanılması ;

·       Müəssisədə satışı zamanı, ilkin, sənədlərin düzgünlüyünün yoxlanılması, uçotunun aparılması;

·       Elektron qaimənin tərtib olunması və göndərilməsi, sənədlərin elektron saxlanılması;  

·       Mühasibat uçotunu qaydalarına uyğun muxabirləşmələrin verilməsi. 

·       Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi                                                                                                                                                                                                                 

Müraciət et

İstehsalat fəhləsi (Balakən)

  • Services
  • Full-time
  • Son müraciət tarixi: 31 May

İş haqqında:

- İş rejimi: 5 günlük

- İş saatı: Həftə içi 09:00-dan - 18:00-dək,

- Nahar şirkət hesabına

- Əmək haqqı: Fix -400 AZN+ əlavələr

- İş yeri: Balakən rayonu


Vəzifə öhdəliyi:

-       İstehsalat sahələrində, anbarlarda yardımçı işləri yerinə yetirilməsi;

-       Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması;

-       Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənib boşaldılması, daşınması və anbar daxili emalı;

-       Nəqledici vasitələrdə və anbarda yükün bağlanılması və üstünün örtülməsi. Nəqledici vasitələrin təmizlənməsi və yağlanması;

-       Sexlərdə və başqa istehsalat binalarında istehsalat tullantıların və zibilin yığışdırılması;

-       Tullantıların və zibillərin istehsalat binasında onlar üçün ayrılmış yerlərə nəql etdirilməsi;

-       Rəhbərliyin əmr və sərəncamlarının yerinə yetirilməsi;


Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda [email protected] ünvanına mövzu (tema ) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “İstehsalat Fəhləsi” qeyd etməklə CV formanızı və ya özünüz haqqda məlumatları (ad soyad, yaş, yaşayış yeri, iş təcrübəsi, hərbi mükəffəliyyət) göndərməyiniz xahiş olunur.

Namizədə tələblər:

- Cinsi: Kişi

- Yaş həddi: 20-35

- Təhsil: Orta, peşə ixtisas təhsilli

- İş təcrübəsi: 1-3 il

-Balakən rayonu və yaxın rayonlarda yaşayan

Müraciət et

Fəhlə (Cəlilabad rayonu)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 31 Dekabr

Cəlilabad rayonu


Istehsalat avadanlıqlarını istifadə edərək məhsul istehsalını həyata keçirmək və keyfiyyət standartlarına riayət etmək


 İstehsalat avadanlıqlarını istifadə edərək təyin olunmuş istehsal və əməliyyat vəzifələrini yerinə yetirmək

-         İstehsalat avadanlıqlarının düzgün işləməsini təmin etmək, ilkin təmir və baxım işlərini həyata keçirmək

-         İstehsal olunan məhsulların keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq və keyfiyyəti təmin etmək

-         İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək, təhlükəsizlik avadanlıqlarından istifadə etmək və iş sahəsinin təhlükəsizliyini təmin etmək

-         İş sahəsini təmiz və nizamlı saxlamaq, istehsalat ərazisində yaranan tullantıları və zibilləri düzgün idarə etmək

-         İstehsalat prosesləri və əməliyyatlarla bağlı müvafiq sənədləri doldurmaq və əməliyyat qeydlərini aparmaq

-         Komanda üzvləri ilə əməkdaşlıq etmək və istehsalat prosesinin səmərəli şəkildə aparılmasını təmin etmək.


-         İstehsalat avadanlıqlarını istifadə edərək təyin olunmuş istehsal və əməliyyat vəzifələrini yerinə yetirmək

-         İstehsalat avadanlıqlarının düzgün işləməsini təmin etmək, ilkin təmir və baxım işlərini həyata keçirmək

-         İstehsal olunan məhsulların keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq və keyfiyyəti təmin etmək

-         İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək, təhlükəsizlik avadanlıqlarından istifadə etmək və iş sahəsinin təhlükəsizliyini təmin etmək

-         İş sahəsini təmiz və nizamlı saxlamaq, istehsalat ərazisində yaranan tullantıları və zibilləri düzgün idarə etmək

-         İstehsalat prosesləri və əməliyyatlarla bağlı müvafiq sənədləri doldurmaq və əməliyyat qeydlərini aparmaq

-         Komanda üzvləri ilə əməkdaşlıq etmək və istehsalat prosesinin səmərəli şəkildə aparılmasını təmin etmək.


Müraciət et

Kassir (Cəlilabad rayonu)

  • Finance, Business and Administration
  • Full-time
  • Son müraciət tarixi: 30 İyun

CƏLİLABAD RAYONU


  1. Pul vəsaitlərinin qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirməli;
  2. Mədaxil-məxaric sərpedlər əsasında kassa kitabçasını aparmalı, pulun faktiki məbləğini kitabçadakı qalıqla yoxlamalı, kassa hesabatını tərtib etməli;
  3. Daxil olmuş vəsaitləri təyin edilmiş limitə əsasən aparıb bank hesabına daxil etməli;
  4. Şöbə daxilində bütün sənədləşmə işlərini, arxiv işlərini həyata keçirir.
  • Cins: Kişi;
  • Yaş: 25-45;
  • Təhsil: Ali və ya orta ixtisas təhsili;
  • Biliklər: Excel, Word, 1C Mühasibatlıq proqramı;
  • İş təcrübəsi: Minimum 2 il müvafiq sahədə təcrübə;
  • Bacarıqlar: Dəqiqlik, məsuliyyət, dürüstlük, müştərilərlə ünsiyyət bacarığı.
Müraciət et