Mexanizator

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 08 İyun
  • Traktorlara aqreqatları düzgün qoşmaq və nizamlamaq;
  • Aqronomun göstərişinə əsasən hava şəraitinə uyğun olaraq traktor və traktora qoşulmuş aqreqatlarla aqrotexniki işləri vaxtında və düzgün yerinə yetirmək;
  • Yol hərəkəti qaydalarına riayət etməklə müxtəlif yol şəraitində traktor və qoşquları idarə etmək;
  • Traktorun və yedəkli qurğuların yağlanması, həmçinin digər texniki qulluq işlərini icra etmək;
  • İşlədiyi traktor və kənd təsərrüfatı maşınlarında sadə nasazlıqları sərbəst müəyyən etmək və aradan qaldırmaq;
  • İşində traktor və kənd təsərrüfatı maşınlarının istismarına dair təlimatların tələblərinə riayət etmək;
  • Yanacaq, sürtgü yağları və digər istismar materiallarını qənaətlə sərf etmək.
  • Orta təhsil və ya texniki peşə təhsili;
  • Səhə üzrə minimum 1 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi: T, TK, TT, H (HT,HK kateqoriyası olması arzuolunandır);
  • Kənd təsərrüfatında istifadə olunan maşın və avadanlıqlar haqqında hərtərəfli bilik və məlumata sahib olmaq;
  • Məsuliyyətli olmaq;
  • Komanda ilə işləmək bacarığı.
Müraciət et

Heyvandarlıq üzrə menecer (Ağsu)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 21 İyun
  • Zootexniki və Baytarlıq bölmələri və işçi heyətinin iş funksiyalarının formalaşdırılması;
  • Heyvandarlıq şöbəsində bütün texnoloji proseslərin normativlərə uyğun aparılması;
  • İllik yem tələbatının hazırlanması və onun plan üzrə təmin edilməsinə nəzarət edilməsi;
  • Heyvandarlıq məhsullarının istehsalına birbaşa cavabdehlik;
  • Yem tələbatı üzrə sifarişlərin verilməsinə nəzarət edilməsi;
  • Süd istehsalı prosesinə nəzarət edilməsi;
  • Şöbənin bütün işçi heyətinin tərkibinin müəyyən edilməsi, işçi tələbinin formalaşdırılması, iş yüklərinin təyin olunması;
  • Periodik hesabatların rəhbərliyə təqdim olunması.
  • Ali təhsil (Menecment, Kənd təsərrüfatı sahəsi üzrə idarəetmə və ya əlaqədar sahələr);
  • Kənd təsərrüfatı və ya heyvandarlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office, Outlook, 1 C (8.3);
  • Dil bilikləri: İngilis dili;
  • İdarəetmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Problemlərin analizi və operativ həll bacarığı;
  • Əməkdaşlıq qabiliyyəti, effektiv ünsiyyət, çeviklik.
Müraciət et

Nasosxana və suvarma operatoru

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 10 İyun

• Mühərrik və nasosları işə salmaq, iş rejimini tənzimləmək və dayandırmaq;

• Ötürülən suyun verilən təzyiqinin saxlanılmasına və nasos, mühərrik və digər qurğuların fasiləsiz 

• işinə nəzarət etmək;

• Nasosxanada işləyən mühərrik, nasos qurğularına və filtr qurğularına texniki xidmət göstərmək; 

• Filtrlərin vəziyyətinə və onların təmizlənməsinə nəzarət etmək;

• Avadanlıqların işində olan nasazlıqları aşkar etmək və aradan qaldırmaq; 

• Pivot suvarma sistemlərinin cari və təcili təmirlərini həyata keçirmək;

• Pivot suvarma sistemlərinin hərəkət trayektoriyası üzrə yolların bərpasını təmin etmək;

• Suvarma sistemi xətlərini daim təmiz saxlanılmasını təmin etmək.

  • Təhsil: Orta təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Məsuliyyətli olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • İşgüzarlıq, çeviklik.
Müraciət et

Elektrik mühəndisi

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 19 İyun

Avadanlıqların quraşdırılması və texniki xidməti:

  • Elektrik və elektronika sistemlərinin düzgün quraşdırılmasını təmin etmək;
  • Yeni alınan texnoloji avadanlıqların texniki şərtlərinə uyğun montajına nəzarət etmək;
  • Mövcud sistemlərin profilaktik baxışını və təmirini təşkil etmək.


Avadanlıqların monitorinqi və texniki nəzarət:

  • Süd sağım sistemləri, avtomatik yemləmə sistemləri, yempaylayan və yemxırdalayan maşınlar, süd taksiləri, suvarma və havalandırma sistemlərinə nəzarət etmək;
  • Temperatur, nəmlik və digər sensorlardan gələn siqnallara əsasən texniki tədbirlər görmək;
  • SCADA, PLC və digər avtomatlaşdırma sistemlərinin işinə nəzarət etmək.


Təhlükəsizlik və enerji səmərəliliyi:

  • Elektrik sistemlərinin yanğın və təhlükəsizlik normalarına uyğunluğunu təmin etmək;
  • Enerji sərfiyyatına nəzarət və optimallaşdırma təklifləri hazırlamaq;
  • Ehtiyat enerji mənbələrinin (generator, UPS və s.) vəziyyətini daim yoxlamaq.


Qeydlərin aparılması və hesabat:

  • Avadanlıq xətaları və müdaxilələrlə bağlı elektron qeydiyyat sistemlərini idarə etmək;
  • Aylıq və illik texniki hesabatları hazırlamaq.


İnnovasiya və inkişaf:

  • Yeni texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq;
  • Avtomatlaşdırma sistemlərinin tətbiq imkanlarını araşdırmaq.

Təhsil:

  • Ali təhsil (Elektrik mühəndisliyi, elektronika, avtomatlaşdırma və ya əlaqədar sahələr üzrə);

İş təcrübəsi:

  • Kənd təsərrüfatı və ya sənaye müəssisələrində minimum 3 il texniki iş təcrübəsi;
  • Avtomatlaşdırma sistemləri və sənaye PLC proqramlaşdırması bilikləri üstünlükdür;

Bacarıqlar:

  • Elektrik və elektron sxemlərini oxuma və tətbiqetmə bacarığı;
  • Problemlərin analiz və operativ həll bacarığı;
  • Kompüter bilikləri (MS Office, texniki diaqnostika proqramları);
  • Komandada işləmək və texniki heyətə rəhbərlik etmək qabiliyyəti.
Müraciət et

Mexanizator (Ağsu)

  • Industry and Agriculture
  • Full-time
  • Son müraciət tarixi: 14 İyun
  • Zootexnikin verdiyi rasion və qrafik üzrə yemlərin yem anbarlarından düzgün götürmək və qarışdırıb doğramaq, düzgün və vaxtında təyin olunmuş qruplara paylamaq;
  • Yem rasionunda təyin edilmiş ardıcıllığa əməl etmək;
  • Növbəyə başlayarkən yeni rasionu yem paylama proqramına daxil edilməsinə əmin olmaq;
  • Yem paylama proqramında verilən ardıcıllığa əsasən yemləri paylamaq və kənarlaşmaya yol verməmək;
  • Plan üzrə gündəlik olaraq texnikanın hərəkət hissələrinin yağlanmasını və yanacaq yüklənməsini təmin etmək.
  • Orta təhsil və ya texniki peşə təhsili;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Kənd təsərrüfatında istifadə olunan maşın və avadanlıqlar haqqında hərtərəfli bilik və məlumata sahib olmaq;
  • Traktor idarə etmək üçün sürücülük vəsiqəsi;
  • Komanda ilə işləmə bacarıqları;
  • Ağsu rayonundan olan namizədlərə üstünlük veriləcək.
Müraciət et